...

Azərbaycanın maliyyə naziri: "Dövlət ipoteka kreditləşməsinə yardımı davam etdirəcək" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2007 20:32 (UTC +04:00)
Azərbaycanın maliyyə naziri: "Dövlət ipoteka kreditləşməsinə yardımı davam etdirəcək" (video)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova, S.Əliyev/ Azərbaycanda dövlət ipoteka kreditkləşməsinin dəstəklənməsindən imtina etmək niyyətində deyil. Bu barədə çərşənbə günü maliyyə naziri Samir Şərifov məlumat verib.

"Azərbaycan İpoteka Fondu ipoteka kreditləşməsinin dövlət tərəfindən dəstəklənməsi üçün yaradılıb və bununla əlaqədar dövlət başçısı hökumətin müvafiq iqtisadi blokuna tapşırıq verib. İpoteka kreditləşməsi artıq geniş miqyaslı xarakter alıb. Artan marağı nəzərə alaraq əlavə xarici maliyyələşmənin cəlb olunmasının vaxtı çatıb" - deyə nazir bildirib.

Onun fikrincə, beynəlxalq maliyyə təşkilatları ipoteka məqsədilə Azərbaycan banklarının maliyyələşdirilməsinə maraq göstərirlər və bununla əlaqədar müzakirələr aparılır.

O hesab edir ki, ipoteka kreditləri yalnız dövlət vəsaitləri hesabına verilməməlidir. Maliyyə Nazirliyi artıq Milli Bankla birgə bazar ipoteka kreditləşməsinə keçməyə imkan verən mexanizm hazırlayıb. Nazir hesab edir ki, ipoteka kreditləşməsini genişləndirmək üçün bazar şərtləri və ölkə iqtisadiyyatının hazırkı tələblərinə əsasən ipoteka kreditləri üzrə faiz dərərcələrini dəyişmək lazımdır.

"Dövlət yardımı davam etdirməyə hazırdır, belə ki, banklar kreditləri 20 il müddətinə verməli olurlar. Indiyə qədər bu məqsədlə dövlət büdcəsində 46 mln. manat vəsait ayrılıb. Bu vəsaitin bir hissəsi artıq istifadə olunub. 2007-ci ilin büdcəsindən nəzərdə tutullan vəsaitlər isə ilin ikinci yarısında ayrılacaq" - deyə Şərifov dəqiqləşdirib.

Bu günə qədər AİF tərəfindən 56 mln. manat dəyərində ipoteka krediti maliyyələşdirilib.

Əhaliyə təqdim olunan güzəştli kreditlərin çox hissəsi qaçqın, məcburi köçkün və hərbi qulluqçuların ailələrinin payına düşür.

Xəbər lenti

Xəbər lenti