...

Bakı banklararası valyuta birjası avqustun 13-nə ticarət sessiyalarının yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2007 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı banklararası valyuta birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, avqustun 13-də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8523 AZN təşkil edib.

BEST sistemində keçirilən SƏHƏR SESSİYASININ açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8519 manat olub. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 3 429 313 təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dəyişilməz qalıb.

BEST-in GÜNDÜZ SESSİYASINDA USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 707 395 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8523 manat təşkil edib.

Beləliklə hər iki sessiyalarının nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 8, 367 mln. ABŞ dolları və ya 7 136 708 manat AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 091 750 ABŞ dolları düşüb.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16, ABŞ dolları üzrə isə illik 17,25% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti