...

İstehlakçılar birliyinin rəhbəri: Ölkədə çörəyin qiymətinin ikiqat artması müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2007 16:29 (UTC +04:00)
İstehlakçılar birliyinin rəhbəri: Ölkədə çörəyin qiymətinin ikiqat artması müşahidə olunur

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Son ay yarımda Azərbaycanda çörəyin çəkisinin azaldılması hesabına qiymətin gizli şəkildə ikiqat artımı müşahidə olunur. Bunu cümə axşamı Azərbaycan azad istehlakçılar birliyinin rəhbəri Eyyub Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, ölkədə bir buxanka çörəyin qiyməti iki dəfə azalaraq 350 qram təşkil edib.

"Ölkə hökumətinin yalnış istehlak siyasəti qiymətlərin gizli şəkildə artması, çörəyin çəkisinin təqribən 20 faiz azalması və keyfiyyətinin pisləşməsinə səbəb olub", - deyə o söyləyib.

Birlik rəhbəri çörəyin qiymətinin artmasının daha bir səbəbi kimi bazarda 50 faizli inflyasiyanı göstərir.

Hüseynov qeyd edib ki, Nazirlər Kabinetinin ölkəyə taxıl gətirilməsi üçün ƏDV-nin müvəqqəti ləğv olunması barədə qərarı çörəyin qiymətinin nizamlanması üçün kifayət qədər deyil.

Xəbər lenti

Xəbər lenti