Azərbaycan, Bakı / Trend / Azərbaycan Beynlxalq Bankının məlumatında bildirilir ki, bankın beynəlxalq standartlara uyğun olaraq 2007-ci ilin birinci və ikinci yarısında konsolidə maliyyə fəaliyyətinin auditinin aparılması məqsədilə kənar auditorun seçimi ilə bağlı elan etdiyi tenderin qalibi "PriceWaterHouseCoopers" şirkəti olub.
Məlumatda bildirilir ki, ASC-nin Daxili audit xidmətinin fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğunlaşdırılması məqsədi ilə məsləhətçi auditor təşkilatının müəyyən edilməsi üçün keçirilən tenderin qalibi isə "Ernst Young" təşkilatı olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin