...

Səhiyyə Nazirliyi Bakıda 16 mərtəbəli binanın uçması nəticəsində yaralanan və həlak olanların adlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2007 14:17 (UTC +04:00)
Səhiyyə Nazirliyi Bakıda 16 mərtəbəli binanın uçması nəticəsində yaralanan və həlak olanların adlarını açıqlayıb

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Avqustun 28-də inşa edilən 16 mərtəbəli binanın uçması nəticəsində dörd nəfər xəsarət alıb. Bu barədə Azərbaycanın Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir.

1.Axundov Əvəzağa Bəşirağa oğlu - 24 yaş. Astara. Vəziyyəti orta ağırdır. (Mərkəzi Klinik Xəstəxana)

2.Əfəndiyev Vüqar Mirmahmud oğlu - 22 yaş. Xırdalan. Vəziyyəti orta ağırdır. (Mərkəzi Klinik Xəstəxana)

3.Əliyev Rauf Bahadur oğlu - 43 yaş. Masazır. Vəziyyəti orta ağırdır. (Mərkəzi Klinik Xəstəxana)

4.İbrahimov İbrahim Məhəmmədəli oğlu - 57 yaş. Abşeron rayonu, Saray qəsəbəsi. Vəziyyəti qənaətbəxşdir (Travmatologiya və Ortopediya İnstitutu)

Hadisə nəticəsində 10 nəfər həlak olub:

1.Feyzullayev Arif Məhərrəməli oğlu - 1968-ci il təvəllüdlü (Astara) (qohumlarına verilib)

2.Babayev Emil Seyfulla oğlu - 1980 -ci il təvəllüdlü (Astara) (qohumlarına verilib)

3.Feyzullayev Habil Məhərrəm oğlu - 1977 -ci il təvəllüdlü (Astara) (qohumlarına verilib)

4.Feyzullayev Sakit Adil oğlu - 1982 -ci il təvəllüdlü (Astara) (qohumlarına verilib)

5.Məhəmmədov Aydın Rəsul oğlu - 1962 -ci il təvəllüdlü (Qax, Qaşqara kəndi) (qohumlarına verilib)

6.Məhəmmədov Arzu Abbasəli oğlu - 1974 -ci il təvəllüdlü (Gəncə, İmamzadə qəsəbəsi) (qohumlarına verilib)

7.Məmmədov Fərhad Qədim oğlu - 1964-ci il təvəllüdlü (Göranboy) (qohumlarına verilmək üzrədir).

Bundan əlavə, Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizasına üç naməlum kişi meyidi gətirilib. Meyidlər tanınmaya təqdim olunub.

Xəbər lenti

Xəbər lenti