...

Azərbaycan Ukraynadan sərnişin vaqonları alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2007 15:33 (UTC +04:00)
Azərbaycan Ukraynadan sərnişin vaqonları alacaq

Ukrayna, Kiyev/ Trend , müxbir Z. Novosvitskiy/ "Kryukovski vaqonostroitelnıy zavod" ASC (Kremençuq, Ukrayna) Azərbaycana sərnişin vaqonları tədarük etməyi planlaşdırır, bu barədə müəssisənin mətbuat xidməti vaqonquraşdırma zavodunun rəhbərliyi və Azərbaycan Dövlət Dəmir Yolunun nümayəndələri arasında aparılan danışıqların yekununa istinadən məlumat verib.

Danışıqların yekunu olaraq tərəflər vaqonquraşdırma sahəsində əməkdaşlıq etmək niyyətlərinin olduğunu təsdiqləyiblər. "Dəmir yolunun hərəkət hissəsinin yeniləşdirilməsi üzrə Azərbaycan Respublikasının dövlət proqramı çərçivəsində Azərbaycan Dəmir Yolu tərəfindən KVSZ istehsalı olan sərnişin vaqonlarının alınması barədə razılıq əldə olunub" - deyə məlumatda bildirilir.

Lakin mətbuat xidməti Azərbaycan tərəfinin sifarişinin həcmini açıqlamayıb.

"Kryukovski vaqonostroitelnıy zavod" ASC yük (vaqon-platformalar, sisternlər, bunker tipli vaqonlar, yarımvaqonlar) və sərnişin vaqonları, yük vaqonları üçün ehtiyat hissələri və arabalar, təkər cütlükləri, metro vaqonları və eskalatorlar üçün ehtiyat hissələri, konteynerlər və yol texnikasının istehsalı ilə məşğuldur. Zavodda sərnişin vaqonlarının istehsalı "Ukrzaliznis"in sifarişi ilə həyata keçirilir. Zavodun məhsulu dünyanın 20-dən artıq ölkəsinə çatdırılır. "Kryukovski vaqonostroitelnıy zavod" ASC MDB məkanında yük və sərnişin vaqonlarının istehsalı ilə məşğul olan yeganə müəssisədir .

Xəbər lenti

Xəbər lenti