...

"Azyolneftmaş" və "Belarusneft" avadanlıq tədarükü üzrə müqavilə imzalamağa hazırlaşırlar

Energetika Materials 14 Sentyabr 2007 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Azərbaycanın "Azyolneftmaş" ASC "Belorusneft" şirkəti ilə avadanlıq tədarükü üzrə müqavilə imzalamağı planlaşdırır. Bu barədə cümə günü Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç məlumat verib.

"Azyolneftemaş" və "Belorusneft" şirkətləri təcili şərhlər üçün hazır deyildilər.

Səfirin sözlərinə görə, "Azyolneftmaş" nümayəndələri Belarusda səfərdə olub, Sənaye Nazirliyində görüşlər keçirib, bir sıra traktor və elektrotexnika zavodlarına baş çəkiblər.

"Bütün zavodlarda əməkdaşlıq variantları diqqətdən keçirilib" - deyə səfir bildirib.

"Azyolneftmaş" ASC 1953-cü ildə yaradılıb. Yol texnikası ilə bərabər, ASC neftqazmədən avadanlığı da istehsal edir. İstehsal olunan texnikanın səviyyəsi API beynəlxalq standartları səviyyəsinə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti