Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Sentyabrın 20-də Azərbaycanda "Neftçilər günü" və "Azəri-Çiraq-Günəşli" dəniz blokunun işlənilməsi üçün "Əsrin müqaviləsi"nin imzalanmasının 13-cü il dönümü qeyd olunacaq. "Neftçilər günü" 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin fərmanı ilə qeyd olunur.
"Neftçilər günü" münasibəti ilə dənizkənarı Milli Parkda kütləvi tədbirlər keçiriləcək, ARDNŞ-in bölmələrinin sərgiləri təşkil olunacaq və şirkətin planları və işləri barədə məlumat veriləcək. Milli parkda bayram konserti təşkil olunacaq. Sentyabrın 20-də ARDNŞ rəhbərliyi və şirkət əməkdaşları Fəxri Xiyabanı ziyarət edəcəklər.
"Neftçilər günü" ərəfəsində - sentyabrın 19-da ARDNŞ-in kompleks qazma işləri Trestinin yeni binasının və Neftçilər xəstəxanasında yeni şüa diaqnostikası şöbəsinin açılışı olacaq.
"Əsrin müqaviləsi" 20 sentyabr 1994-cü ildə imzalanıb. Müqavilənin iştirakçıları sırasında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), Amerikanın Amoco, McDermott, Unocal, Pennzoil, Exxon, Britaniyanın BP və Ramco, Norveçin Statoil, Rusiyanın Lukoil, Türkiyənin TPAO və Səudiyyə Ərəbistanının Delta Oil şirkətləri iştirak edinblər.
Sonra isə, konsorsiumun iştirakçısı olan şirkətlərin siyahısı dəyişikliyə məruz qalıb. McDermott konsorsiumdan çıxdı, Yaponiyanın Itochu şirkəti ABƏŞ-ə daxil oldu, BP i Amoco birləşdi. Konsorsiuma həmçinin Exxon-la birləşən Mobil daxil oldu.
Bundan əlavə ABƏŞ-də "yeni" adlar peyda olub: Devon Energy, Britaniyanın Ramco şirkəti isə 2000-ci ildə öz payını (2.0825%) Delta Hess Səudiyyə-Amerikan alyansına 150 mln. dollara satmaqla layihədən çıxıb. Sonra isə layihədən öz payını (10%) Yaponiyanın Inpex şirkətinə satmaqla LukOIL çıxıb.
Hazırda layihədə iştirak bucürdür: BP (34,1367%), Unocal (10,2814%), ARDNŞ (10%), Inpex (10%), Statoil (8,5633%), ExxonMobil (8,006%), TPAO (6,75%), Devon Energy (5,6262%), Itochu (3,9205%), Delta Hess (2,7213%).
Ötən dövrdə konsorsiuma dörd prezident rəhbərlik edib: Terri Adams, Devid Priçard, Con Leqat və Deyvid Vudvord. 2006-cı ilin sonundan ABƏŞ-ə Bill Şreder rəhbərlik edir. .