...

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft məhsullarının ixracı yanvar-sentyabr aylarında 2 mln. tonu ötüb

Energetika Materials 2 Oktyabr 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 2007-ci ilin yanvar-sentyabr ayları ərzində neft emalı müəssisələrindən 2,184 mln. ton, sentyabr ayında 272,101 min ton neft məhsulları ixrac olunub.

2007-ci ilin sentyabr ayında ixracın ümumi həcminin ən böyük hissəsi mazutun (112,155 min ton), ən az həcmi isə, bitumun payına düşür (1,185 min ton).

Sentyabr ayında dünya bazarlarında avtomobil benzininin orta dəyəri bir ton üçün 698,5 dollar, aviasiya yanacağı üçün 729,46 dollar, dizel yanacağı üçün 698,26 dollar, mazut üçün 387,63 dollar təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft məhsullarının ümümi cədvəli:

Neft məhsullarının Sentyabr, 2007, min ton Yanvar-sentyabr, 2007, min ton
Dizel yanacağı 107,464 1039,164
Mazut 112,155 564,125
Avtomobil benzini 30,174 277,204
Aviasiya kerosini 15,526 255,388
Nafta
Sürtgü yağı 5,597 26,232
Bitum 1,185 21,667
Xəbər lenti

Xəbər lenti