...

Gürcüstan, Rusiya və Türkiyənin elektroenergetika operatorları vahid enerji sisteminin yaradılmasına dair protokol imzalayıblar

Energetika Materials 3 Oktyabr 2007 14:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın "Dövlət Elektrik Sistemi", Rusiyanın RAO "EES", "İnter-RAO EES" QSC şirkətləri və Türkiyənin "TGR ENERGY" şirkətləri vahid elektrik enerjisi şəbəkəsinin yaradılmasına dair protokol imzalayıblar. Bu protokolun imzalanması Azərbaycan ərazisi vasitəsilə Rusiya, Gürcüstan və Türkiyədən və əks istiqamətdə elektrik enerjisi axınını həyata keçirməyə imkan verəcək.

Gürcüstanının elektrik enerjisi sisteminin kommersiya operatorunun rəhbəri Bidzin Çkoniyanın verdiyi məlumata görə, region ölkələrinin birində elekrik enerjisi artıqlığı, digərində isə elektrik enerjisi çatışmazlığı müşahidə olunduğu zaman elektrik enerjisi bir ölkədən digərinə ötürüləcək.

Azərbaycan-Gürcüstan-Türkiyə vahid elektrik enerjisi sisteminin yaradılması layihəsi artıq bu dövlətlərin başçıları tərəfindən təsdiq olunub. 500 kilovatlıq elektrik ötürücü xəttinin çəkilməsinə dair sənəd 2007-cı il fevralın 7-də Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili, Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan arasında Tbilisidə keçirilən görüş zamanı imzalanıb.

Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək 500 kilovatlıq elektrik ötürücü xəttinin 40%-i Azərbaycan ərazisində yerləşir və bu xəttin təmirə ehtiyacı var. Gürcüstan öz ərazisində elektrik ötürücü xətlərin 90%-ni təmir edilməlidir. Türkiyə ərazisində isə bu xəttin çəkilməsi üçün lazım olan komponetlər mövcud deyil. Bu məlumatlar ötürücü şəbəkələrdə aparılan monitorinq zamanı əldə edilib.

Elektrik ötürücü xəttin çəkilməsi hər üç ölkənin elektroenergetika sistemlərinin işini sinxronlaşdırmağa, həmçinin elektrik enerjisini Avropanın elektroenrgetika sisteminə ötürülməsinə imkan verəcək. Layihənin dəyərinin müəyyən edilməsi məqsədilə texniki -iqtisadi əsaslandırmanın hazırlanmasına ehtiyac var.

.

Xəbər lenti

Xəbər lenti