...

Azərbaycan Gürcüstana qaz tədarükünü bərpa edib

Energetika Materials 9 Oktyabr 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti öz qazının Gürcüstana verilişini bərpa edib. Hökumətdən verilən məlumata görə, "mavi yanacağın" verilişi boru kəmərinin yenidən qurulması başa çatdırılana qədər dayandırılmışdı.

Azərbayacan qazının Gürcüstana tədarük olunması barədə müqavilə "Azəriqaz" QSC ilə bağlanılıb. QSC Gürcüstana, 1000 kubmetri 120 dollara olmaqla, təqribən 1,3 mln. kubmetr qaz tədarük edir. Sentyabr ayında Gürcüstana təqribən 16 mln. kubmetr Azərbaycan qazı verilib.

Hazırda Gürcüstana "Şahdəniz" yatağından sutkada təqribən 1 mln. kubmetr Azərbaycan qazı tədarük olunur.

Xəbər lenti

Xəbər lenti