...

Oktyabrda Şəki elektrik stansiyasında 31 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal olunub

Energetika Materials 13 Noyabr 2007 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Oktyabr ayında 87-MVt-luq Şəki modul elektrik stansiyasında 31 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal olunub. Bu barədə "Azərenrji" SC-nin mətbuat xidmətinin məlumatında bildirilir.

2007-ci ilin 10 ayı ərzində 329 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal olunub.

Stansiya istismara veriləndən bu günə qədər 470 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal olunub.

Hazırda elektrik stansiyasının hər aqreqatında (10 aqreqat 8,7 MVt gücündə) texniki işlər aparılır.

Xəbər lenti

Xəbər lenti