Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir S.Əliyev / Rusiyanın qaz inhisarçısı "Qazprom", "Yujniy potok" boru kəmərini doldurmaq üçün Azərbaycanın "Şahdəniz" yatağının qazını almaq və bu məsələləri həll etmək istəyi məlumatını nə təsdiqləyib, nə təkzib edib. Bu barədə cümə günü Trend a "Qazprom"un informasiya siyasəti departamentinin əcnəbi və yerli KİV-lə iş şöbəsinin rəhbəri Denis İqnatyev məlumat verib.
Rusiya KİV-i Bloomberg-ə istinadən yazır ki, "Qazprom" "Şahdəniz" yatağından layihənin ikinci mərhələsinin mənimsəməsindən sonra qaz almaqda maraqlıdır. Bu barədə Amerika agentliyinə StatoilHydro-nun ("Şahdəniz" layihəsinin ticarət operatoru) vitse-prezidenti Peter Mellbyue bildirib. "Biz "Qazprom"la müzakirələr aparmışıq və onlar maraq göstəriblər", - Bloomberg yazır.
"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. "Şahdəniz" layihəsində hasilatın iştirakçı payına dair müqavilənin iştirakçıları BP (operator-25,5 faiz), StatoilHydro- 25,5 faiz, NİCO-10 faiz, Total-l0 faiz, LUKAgip-10 faiz, TRAO-9 faiz, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti -10 faiz -- şirkətləridir.
Bu yataqdan neft hasilatı 2006-cı ilin dekabrında başlayıb. Yanacaq, Cənubi Qafqaz boru kəmərilə Gürcüstan və Türkiyəyə göndərilir. Azərbaycan, həmçinin, qaz alıcılarındandır. Birinci mərhələ çərçivəsində, qazın illik hasilat həcmi 8,8 mlrd. kub metr olacaq.
Keçən ilin yanvar-noyabr aylarında Şahdəniz yatağından 2 mlrd. 609 mln kub metr qaz hasil edilib. Hazırda yataqda günlük debiti 22 mln kub metr olan 4 quyu işləyir. Gələn il daha iki quyunun işə başlayacağı gözlənilir.