...

Bakıda yeni neft terminalı tikiləcək

Energetika Materials 12 Fevral 2008 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral/ Trend , müxbir Ü.İsmayılova/ Bakıda yeni beynəlxalq dəniz ticarət limanının tikintisi layihəsi çərçivəsində yeni neft terminalı tikiləcək. Bu barədə çərşənbə axşamı Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Yeni limanın layihələndirilməsini həyata keçirən Koreyanın GS Engineering & Construction şirkətinin qarşısına əlavə tapşırıqlar qoyulub. Pənahov bu tapşırıqlara böyük gəmilərin neft terminalında boşaldılmaq üçün limana daxil olmasına görə yeni limanın kanalının dərinləşdirilməsinin layihələndirilməsinin daxil olduğunu bildirib.

Nazir müavini layihələr üzrə təkliflərin yeni limanın tikintisinin ekoloji təsiri və eneji ilə təmin edilməsinə məsələsinə toxunduğunu bildirib. Koreya şirkətinin tamamlanmış təklifləri yaxın günlərdə təqdim ediləcək.

Limanın tikintisi üçün bünövrənin 2008-ci ilin birinci yarısında qoyulması planlaşdırılır. Liman gələcəkdə inkişafı nəzərə alınmaqla, üç mərhələdə tikiləcək. Limanın ərazisi böyük olacaq və müasir İT texnologiyalarının tətbiqi ilə idarə ediləcək.

Limanın tikintisinin birinci mərhələsi 2008-2011, ikinci 2011-2013, üçüncü isə, 2013-2015-ci illəri əhatə edəcək. Hər mərhələdə müəyyən infrastukturun - quru yük gəmiləri üçün meydançaların, konteyner terminalının, böyük parkın və s. yaradılması planlaşdırılır.

İlkin qiymətləndirməyə görə, layihənin dəyəri $396 mln. , neft terminalını nəzərə almaqla isə, $450 mln. çox qiymətləndirilib. Lakin son məlumatlara görə, birinci mərhələnin dəyəri əvvəllər planlaşdırılan $225 mln.-dan $300 mln.-dək artıb.

Hökumət infrastrukturun yaradılmasını öz vəsaitləri hesabına həyata keçirmək niyyətindədir. Lakin işlərin 80 faizi, ola bilsin, xarici kreditlərin hesabına maliyyələşdirəcək. Asiya İnkişaf Bankı, AYİB, Dünya Bankı, Amerika bankları və s. layihənin maliyyələşdirilməsinə maraq göstərirlər.

Məqalə müəllifinin əlaqə ünvanı: Ulv

Xəbər lenti

Xəbər lenti