Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir S.Əliyev / Çərşənbə axşamı Budapeştdə, Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana səfəri zamanı keçirilən Azərbaycan-Macarıstan biznes-forumu çərçivəsində, Azərbaycanın "NJT 2000" şirkəti və Macarıstanın "Borsodchem" şirkəti arasında "Əməkdaşlığın davam etdirilməsi haqqında" memorandum imzalanması baş tutub.
Memorandum, 2008-ci ildə "Borsodchem" şirkəti tərəfindən "NJT 2000" şirkətinin istehsalı üçün xammal qismində istifadə edilməsinə Bakıya təxminən 8 min ton polivinilxlorid (PVX) təchiz etməyi nəzərdə tutur. Müqavilənin dəyəri - $14 mln.-dur,- çərşənbə axşamı "NJT 2000" Azərbaycan şirkətinin xarici iqtisadi əlaqələr şöbəsinin başçısı Ağarza Rzayev Trend a deyib.
"Təchizat gələcəkdə də davam edəcək", - Rzayev deyib.
"NJT-2000" polimer xammaldan plastik məhsul istehsal edir. Firmanın fəaliyyətinin əsas istiqamətləri bunlardır: PVX əsasında plastik boru istehsalı və təchizatı, həmçinin, onların fason hissələri və onların quraşdırılması üçün cihazları, PVX əsasında üzlük plastik panellərin və onların fason hissələri, istehlakçı taraları və müxtəlif polimerlərin əsasında digər məişət məhsulları, PVX profilləri əsasında və alüminiumdən qapı və pəncərələr və onların komplekt hissələrinin istehsalı, əcnəbi kimyəvi, neft-kimyəvi və poladtökmə sənaye məhsullarının satışı və təchizatı.