...

Rusiyada "Palmali" Şirkətinin sifarişi ilə beş yeni tanker hazırlanır

Energetika Materials 29 Fevral 2008 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend / Nijnı Novqorodun "Krasnoye Sormovo" zavodunda "Palmali" Şirkətinin sifarişi ilə "EKO Layihə"nin yüksək ekoloji göstəricili, "Yeni Armada" tipli İMO2 tankerlərinin özülü qoyulub,- dəniz neft-qaz layihələri qrupunun məlumatında deyilir.

"Yeni Armada" gəmiləri layihəsi 6400 ton dedveytli tankerlərin təkmilləşdirilməsi üçündür.

İlk beş tankerin tikintisini nəzərdə tutan müqavilə 2007-ci ilin fevralında imzalanıb, daha sonra əlavə 5 tankerin tikintisi nəzərdə tutulub. İlk tankerin tikintisinə keçən ilin mayında, digər dörd tankerin tikintisinə isə, iyun ayında başlanılıb. İlk 5 tankerin 2008-ci ildə təhvil verilməsi nəzərdə tutulub. Hazırda zavodda özülü qoyulan tankerlər isə, 2009-cu il üçün hazılanacaq.

Yeni layihə əsasında hazırlanan tankerlər gücləndirilmiş dəniz funksiyasına, dəniz şəraitində artırılmış dedveytə malik olacaq. Gəmilər batmaya davamlı ikiqat sistemə malik olmaqla yanaşı, bitki yağlarının daşınması üçün yeni beynəlxalq tələblərə də cavab verəcək. Layihələndirmə zamanı Rusiya və dünya neft şirkətlərinin xüsusi tələbləri, "EKO Layihə"nin əlavə ekoloji məhdudiyyətləri nəzərə alınıb. Gəmilər Volqa-Don və Volqo-Baltika kanalının qabaritlərini tam ödəyir.

Gəminin uzunluğu - 139,95 m, eni - 16,60 m, bortun hündürlüyü - 6,0 m, dənizdə dedveyti 4,60 m çökmədə - təxminən 7000 ton, çayda isə 3,60 m çökmə zamanı dedveyti - 4700 tondur. Tutumu - altı yük tankı və iki 8090 kub.m. tank, əsas mühərrikin gücü - 2x1200 kVt, sürət - 10,5 dəniz mili.

Dəniz və neft-qaz layihələri Şirkətlər Qrupu - gəmi tikintisi və dəniz qazma platformalarının mühəndisliyi sahələrinə dair layihələrin idarə edilməsi ilə məşğul olur. Qrupa "Krasnoye Sormovo" (Nijnı Novqorod), Volqoqrad Gəmi Tikintisi Zavodu, Sormovo Maşınqayırma Zavodu (Nijnı Novqorod), Volqoqrad Xüsusi Maşınqayırma Zavodu və "Friede & Goldman" (ABŞ) daxildir.

Xəbər lenti

Xəbər lenti