...

ARDNŞ Azərbaycanın "Neft Daşları" və "Palçıq pilpilləsi" dəniz yataqlarında qalıq hasilat ehtiyatlarını açıqlayıb

Energetika Materials 14 Mart 2008 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssislərinin proqnozlarına görə, "Neft Daşları" və "Palçıq pilpilləsi" dəniz yataqlarının qalıq hasilat ehtiyatları 30 mln. ton qiymətləndirilir. Bu barədə cümə günü "Neft Daşları" neft-qaz çıxarma idarəsinin (NQÇİ) (NQÇİ hər iki yatağı işləyir) rəhbəri Məmməd Ağayev rəsmi mətbuata müsahibəsində bildirib.

2008-ci ildə yataqlardan 2007-ci ildəki 942,3 min tona qarşı 950,2 min ton neft hasil etmək planlaşdırılır. Qaz hasilatı 2007-ci ildəki 53 mln. kubmetrə qarşı 65 mln. kubmetr səviyyəsində nəzərdə tutulub. Ağayev bu il 12 quyunu təmir etmək və 19 yeni quyunu mənimsənilməsinin planlaşdırıldığını bildirib.

Hazırda yataqda quyu fondu 474-ə bərabərdir. Onlardan 444-ü fəaliyyət göstərən, 28-i fəaliyyətsiz fonndadır. Daha iki quyu mənimsənilir.

Xəbər lenti

Xəbər lenti