...

Tanınmış sovet dövlət xadimi Nikolay Baybakov vəfat edib

Energetika Materials 31 Mart 2008 18:58 (UTC +04:00)
Tanınmış sovet dövlət xadimi Nikolay Baybakov vəfat edib

Azərbaycan, Bakı, 31 mart / Trend / Bazar ertəsi səhər tanınmış sovet dövlət xadimi, SSRİ Nazirlər Şurası kənd təsərrüfatının prespektivli planlaşdırılması üzrə Dövlət Komissiyasının rəhbəri, SSRİ-nin Dövlət Plan Komitəsinin sədri işləmiş Nikolay Baybakov vəfat edib. Bu barədə Trend a Baybakov adına İqtisadi İnkişafa Yardım Fondundan məlumat verilib.

Fondun nümayəndəsinin sözlərinə görə, Baybakovun ölümünə ağ ciyərlərin pnevmoniyası səbəb olub.

Nikolay Konstantinoviç Baybakov 1911-ci lidə Azərbaycanda anadan olub. O, qaz- kondensat yataqlarının açılışı və işlənməsinə görə Lenin mükafatı laureatı, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Himayədarlar Şurasının fəxri prezidenti, "Sərbəst qazma və Xidməti Podratçılar Konfransı"Ümumrusiya Assosasiyasının Müşahidəçilər Şurasının sədri və Beynəlxalq Yanacaq-Energetika Assosasiyasının vitse-prezidenti olub.

Xəbər lenti

Xəbər lenti