...

"Azərenerji" Səngəçaldakı modul elektrik stansiyası üçün doqquz enerji bloku alacaq

Energetika Materials 3 Aprel 2008 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel/ Trend / May ayında Səngəçaldakı 300 MVt gücündə yeni elektrik stansiyasında doqquz enerji bloku quraşdırılacaq. Bu barədə "Azərenerji" SC-nin məlumatında deyilir. Yeni elektrik stansiyasının sentyabrda istismara verilməsi planlaşdırılır.

"Azərenerji" əvvəllər fevral-martda 12 güman edilən enerji blokundan üçünü işə salmaq niyyətində olub. Lakin qış mövsümünün başa çatması ilə əlaqədar enerji bloklarının hamısı birdən işə salınacaq. Generatorlar Finlandiyanın Wartsila şirkəti tərəfindən istehsal edilib.

Wartsila Səngəçaldakı modul elektrik stansiyasının qazdan mazuta və əksinə qoşulmasının yeni texnologiyasını təklif edib və bu prosesi nəzərəçarpacaq dərəcədə sürətləndirəcək. Əvvəllər şirkət qoşulma üçün 24 saat müddət təklif edib. Hazırda bu vaxt yarım saatadək azaldılıb. Səngəçal rayonunda yeni enerji generasiya edən qüvvələrin tikilməsi Abşeron yarımadasının keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün vacibdir.

Xəbər lenti

Xəbər lenti