...

Ucuz neft erası başa çatdı – BP rəhbəri

Energetika Materials 9 İyun 2008 15:29 (UTC +04:00)
Ucuz neft erası başa çatdı – BP rəhbəri

Azərbaycan, Bakı, 09 iyun/ Trend / BP şirkətinin rəhbəri Toni Heyvard bu gün Kuala-Lumpurda keçirilən Asiya neft-qaz konfransında bildirib ki, ucuz neft erası başa çatıb. Bu barədə "Bloomberg" məlumat yayıb.

"Xərclər olmadığı bir şəraitdə neft hasilatı tələbatı ödəmək üçün kifayət qədər sürətlə artmır", - Heyvard söyləyib.

Heyvardın sözlərinə görə, energetika sahəsi iqlimin dəyişməsi və tədarükün artması problemləri ilə qarşılaşır. Onun sözlərinə görə, neft-qaz gəlirlərin üzrə vergilər və hökumətin payı hasilatçı ölkələrin investisiya fəaliyyətinə maneələr yaradaraq artmaqda davam edir. Enerji daşıyıcılarına qiymətlər artdıqca, dövlət şirkətləri daha sərfəli şərtlər tələb edirlər.

"Bütün bunlar o deməkdir ki, bizim yeni hasilata investisiya yatırmaq üçün pulumuz azdır", - Heyvard bildirib.

Ötən həftə neftin qiymətləri barelinə görə $10-dən çox artaraq $139,12 təşkil edib. Neftin qiymətinin artmasının əsas səbəbi Yaxın Şərqdə qeyri-stabilliyin hökm sürməsi və karbohidrogenlərə yüksək tələbatın olması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti