...

Dünya neft ehtiyatları artan hasilat səviyyəsini dəstəkləmək üçün kifayətdir – BP

Energetika Materials 12 İyun 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir A.Bədəlova / Britaniyanın BP iri neft şirkətinin rəhbəri Toni Heyvard hesab edir ki, hazırda enerji təhlükəsizliyi və alternativ enerji mənbələrinin tətbiqi dünyada aktual məsələlərdən biridir.

"Enerji daşıyıcılarına olan yüksək və qeyri-stabil qiymətlər fonunda, dünya bazarı etibarlı enerji tadarükünü təmin etməyə davam edir", - deyə Heyvard bildirib. Onun sözləri şirkətin rəsmi saytında yer alıb.

BP-nin saytında yerləşdirilən "Dünya energetikası-2008" statistik icmalında qeyd olunanlara əsasən, dünya üzrə yanacaq ehtiyatı artan hasilat səviyyəsini dəstəkləmək üçün kifayətdir. Lakin zəif neft tədarükləri, həmçinin İƏİT-dən kənarda yanacağa tələbatın artması sənayenin təhlükəsiz enerji tədarüklərinin təmin edilməsində problemlər yaradır.

BP-nin icmalına əsasən, 2007-ci ildə Brent Dated növlü neftin qiyməti orta hesabla $72.39/barr. təşkil edib. 2007-ci ildə neftə olan dünya tələbatı 1,1 faiz və ya sutkada 1 mln. barrel artıb. Orta Şərq, Cənubi və Mərkəzi Amerika və Afrikanın neft ixrac edən regionlarında tələbat dünya istehlak artımının üçdə ikisini təşkil edib.

BP-nin məlumatlarına əsasən, İƏİT ölkələrində 2007-ci ildə neftə tələbat 0,9 faiz azalıb (sutkada təxminən 400 min ton). Neftin dünya üzrə hasilatı 0,2 fazi aşağı düşüb (sutkada 130 min barrel). 2007-ci ildə OPEK-in neft hasilatı sutkada 350 min barrel aşağı düşüb.

"İƏİT ölkələri xaricində 2007-ci ildə neft hasilatı cəmi 200 min barrel artıb, keçmiş SSRİ ölkələrində neft hasilatı sutkada 500 min barrel artıb. Azərbaycan və Rusiyada ümumi hasilat həcmi sutkada 400 min barrel artıb", - hesabatda bildirilib.

2007-ci ildə təbii qaza olan dünya tələbatı orta hesabla 3,1 faiz artıb. 2007-ci ildə neft hasilatının həcmi 2,4 faiz artıb. Avropa İttifaqında qaz hasilatı 6,4 faiz, Birləşmiş Krallıqda isə 9,5 faiz aşağı düşüb.

Xəbər lenti

Xəbər lenti