...

BP Azərbaycanda sübut olunmuş neft ehtiyatları həcmini açıqlayıb

Energetika Materials 12 İyun 2008 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend / Britaniyanın iri neft şirkəti olan BP hazırlanmış "2008-ci il üzrə dünyanın enerji icmalı" hesabatında bəyan edib ki, 2007-ci ilin sonuna Azərbaycanda sübut olunmuş neft ehtiyatları 7 mlrd. barrel qiymətləndirilir, bu da ümumdünya ehtiyatların 0,6 faizini təşkil edir. Bu göstərici 2006-cı ilin sonundan dəyişilməz olaraq qalmaqdadır.

Neft ehtiyatlarının hasilatı üzrə birinci yeri - 264,2 mlrd. barrel neftlə - Səudiyyə Ərəbistanı tutur, bu da ümumdünya ehtiyatların 21,3 faizini təşkil edir.

Qazaxıstanın sübut olunmuş neft ehtiyatlarını BP 39,8 mlrd. barrel qiymətləndirir, bu da ümumdünya ehtiyatların 3,2 faizini təşkil edir. Rusiyanın sübut olunmuş ehtiyatlarını isə BP 79,4 mlrd. barrel həcmində qiymətləndirir, bu isə ümumdünya ehtiyatların 6,4 faizini təşkil edir. İran 138,4 mlrd. barrel sübut olunmuş neft eyhtiyatına malikdir, bu göstərici müvafiq olaraq ümumdünya ehtiyatların 11,2 faizini təşkil edir. Türkmənistan 0,6 mlrd. barrel neft ehtiyatlarına malikdir.

BP-nin rəsmi saytında yerləşdirilən hesabata əsasən, 2007-ci ildə Azərbaycanda neft hasilatı sutkada 868 min barrel təşkil edib, bu da 2006-cı il ilə müqayisədə 31,7 faiz çoxdur.

2007-ci ildə Qazaxıstanda neft hasilatı sutkada 1,49 mln. barrel təşkil edib, bu isə 2006-cı ilə nisbətdə 3,9 faiz çoxdur. Rusiyada hasilat 2007-ci ildə sutkada 9,97 mln. barrel təşkil edib (2006-cı il göstəricisindən 2,2 faiz çox). Türkmənistan üzrə hasilat 2007-ci ildə sutkada 198 min barrel neft (2006-cı ilə nisbətdə 6,5 faiz çox) olub. 2007-ci ildə İranda sutkada 4,4 mln. barrel neft hasil olunub, bu da 0,4 faiz 2006-cı il göstəricilərini üstələyir.

Xəbər lenti

Xəbər lenti