...

Azərbaycan türkmən qazının öz ərazisindən nəqlinə təkid etmək niyyətində deyil – nazir

Energetika Materials 20 İyun 2008 18:42 (UTC +04:00)
Azərbaycan türkmən qazının öz ərazisindən nəqlinə təkid etmək niyyətində deyil – nazir

Azərbaycan, Bakı, 20 iyun/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan Türkmənistanın planlaşdırılan "Nabukko" layihəsində iştirakına və bu ölkədən qazın tranzitlə Azərbaycan ərazisindən nəql edilməsinə təkid etməyəcək. Bu barədə cümə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

"Biz Türkmənistanı"Nabukko" layihəsində iştirakı üçün ona təklif etməyəcək, təzyiq göstərməyəcək, dəvət etməyəcəyik", - Əliyev bildirib.

Türkmənistan özü qaz ehtiyatlarının bir hissəsini Azərbaycan ərazisi ilə nəql etmək qərarına gələrsə, Azərbaycan buna şərait yarada bilər.

Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013-cü ildən etibarən Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz tədarükü nəzərdə tutulur. Layihənin iştirakçıları aşağıdakılardır: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya) şirkətləridir. Bu gün iştirakçılardan hər biri bərabər paya malikdir - 16,67 faiz.

Qaz Türkmənistandan Azərbaycana illik buraxma gücü 30 mlrd. kubmetr olan planlaşdırılan TransXəzər qaz kəməri ilə çatdırıla bilər. Onun Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulur. Uzunluğu təqribən 2 min km olan qaz kəməri türkmən qazının Azərbaycandan Türkiyəyə ixracını nəzərdə tutur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti