...

Bakı NEZ-də neft emalının dərinliyi 80 faizi ötür

Energetika Materials 25 İyun 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun/ Trend , müxbir E.İsmayılov/ 2008 -ci ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tədarük etdiyi 5 mln. ton nefti emal etməyi planlaşdırır. Bu barədə çərşənbə günü NEZ-dən məlumat veriblər.

2008-ci ilin birinci yarısında Bakıda artıq 2 mln. tondan çox neft emal edilib. Zavod nümayəndəsinin sözlərinə görə, hazırda müəssisədə neftin emalının dərinliyi 82 faiz təşkil edir.

"Emal dərinliyi müəssisənin iş rejimindən asılı olaraq, 82 faizdən 85 faizədək dəyişəcək", - BNEZ nümayəndəsi bildirib. Bir sıra hallarda neft emalı zavodu Azərbaycanda elektrik enerjisinin istehsalı üçün mazuta böyük tələbatın nəticəsində mazutla iş rejiminə keçir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti