...

Azərbaycan Dövlət Neft Şirkətinin gəmisi Türkmənistanda geotexnikaya başlayıb

Energetika Materials 17 İyul 2008 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin "Zöhrab Vəliyev" geotexniki gəmisi Xəzərin Türkmənistan sektorunda tədqiqat işlərinə başlayıb. Bu barədə ARDNŞ -nin məlumatında bildirilir. Hazırda gəmi dəniz dibinin tədqiqatını aparır. Bu işlər başa çatdıqdan sonra gəmi Rusiya şelfində tədqiqat işləri aparmaq üçün Xəzərin şimalına yola düşəcək. Bu barədə ARDNŞ -dən məlumat veriblər.

"Zöhrab Vəliyev" gəmisi 1985 - ci ildə Rusiyada tikilib, çətin metereoloji şəraitdə açıq dənizdə 32 gün fasiləsiz işləməyə qadirdir. Gəmidə geotexniki işlərin aparılması üçün qazma qurğusu quraşdırılıb. Onun köməyi ilə gəmidən suyun 150 metr dərinliyində qazma işləri aparmaq mümkündür.

Azərbaycan Dövlət Neft Şirkəti bir müddət əvvəl gəminin təmirini başa çatdırıb. Gəmidə ABŞ və Hollandiya istehsalı olan avadanlıq quraşdırılıb. Bu gəmi tikinti işlərinə, boru kəmərlərinin çəkilməsinə və açıq dənizdə digər işlərə cəlb edilə bilər.

Xəbər lenti

Xəbər lenti