Azərbaycan, Bakı, 18 iyul/ Trend , müxbir E.İsmayılov/ Azərbaycanın Sənaye və Energetika Nazirliyi nəzdində Dövlət Qaz Nəzarəti İdarəsi Quba, Sabirabad və Saatlıda qazdoldurma məntəqələrinin (QDM) sahiblərinə öz fəaliyyətlərini idarənin əvvəllər təqdim etdiyi tələblərə uyğun vəziyyətə gətirmək üçün bir ay vaxt verib.
Nazirliyin Dövlət Qaz Nəzarəti İdarəsinin rəhbəri Asif Zeynalov bildirib ki, nazirlik bu QDM-də əsas pozuntular kimi, xüsusilə də sayğac aparatından kənar avtoqaz satışının həyata keçirilməsini göstərir.
"QDM sahiblərinə pozuntuları ləğv etmək üçün 1 ay vaxt verilib", - Zeynalov bildirib.
Onun sözlərinə görə, QDM-in birinin fəaliyyəti nazirliyin tələblərinə uyğun vəziyyətə gətirilib. "Yaxın günlərdə İdarənin işçiləri bu məntəqənin yoxlamalıdılar. Sayğaclardakı plomblar, hesablama mexanizminin işi yoxlanılacaq", - Zeynalov söyləyib.
Sabirabaddakı qazdoldurma məntəqələrindən birinin fəaliyyəti, lizensiya olmadığı üçün, dayandırılıb.
Hazırda ölkədə 272 qazdoldurma məntəqəsi fəaliyyət göstərir. Onların əsas hissəsi Sumqayıtdan Xaçmazadək istiqamətdə və Şirvan (Əli Bayramlı) - Lənkəran istiqamətindədir.