Azərbaycan, Bakı, 22 iyul/ Trend , müxbir S.Əliyev/ Oktyabrda Azərbaycan elektrik enerjisi üzrə İrana borcunu tamamilə qaytaracaq. Bu barədə çərşənbə axşamı "Azərenerji" Səhmdar Cəmiyyətin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Azərbaycan İrana sutkada 1,2- 1,3 mln. kVt/s elektrik enerjisi tədarük edib.
Bundan sonra İrana qalıq borc 140 mln. kVt/s təşkil edir. Cari ilin əvvəlində bu göstərici 258 mln. kVt/s olub. Azərbaycanın İrana elektrik enerjisi borcunun ümumi həcmi 400 mln. kVt/s təşkil edir.
İrandan Azərbaycana tədarüklərin hesabına Naxçıvan MR elektrik enerjisi ilə təmin edilir. Azərbaycan İrandan elektrik enerjisini qış dövründə, defisit müşahidə olunarkən alır və yayda İranda defisit müşahidə olunarkən qaytarır.
Saizşə əsasən, Azərbaycan il ərzində elektrik enerjisinin tam həcmini qaytara bilmədikdə o, bunu pul vəsaiti ilə ödəməlidir. Lakin İran borcun pulla qaytarılmasından imtina edib və buna görə də borc elektrik enerjisi ilə qaytarılacaq.
Elektrik enerjisi İrana 11 faiz artıq qaytarılır. Bu, elektrik enerjisini NMR-ə ötürülməsi zamanı İran tərəfinin itkisi kimi hesablanır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]