...

ARDNŞ unikal yatağın işlənməsi üzrə PSA müqaviləsi bağlamaq niyyətindədir

Energetika Materials 28 İyul 2008 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul/ Trend , müxbirlər  S.Əliyev, V.Şərifov/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Balaxanı"quru yatağının işlənməsi üzrə PSA tipli yeni müqavilənin bağlanmasının mümkünlüyü imkanlarını nəzərdən keçirir, - bazar ertəsi ARDNŞ-dan bu məsələ üzrə danışıqlar aparılan şirkətin adını dəqiqləşdirmədən bildirblər.

2008-ci ildə ARDNŞ Azərbaycanın unikal "Balaxanı - Sabunçu - Ramana"yatağında 10 yeni quyu qazacaq. Bu göstərici 2007-ci ildə 13 quyu idi. Bununla belə, neft nisbətən dayaz yerlərdə - 1200 metrə yaxın dərinlikdə hasil edilir.

Bu yataqdan hasil edilən neftdən, müstəsna donmayan yağ növləri istehsal edilir.

"Balaxanı - Sabunçu - Ramana"yatağı ARDNŞ-nin müəssisələri içərisində ən çox - 1150 fond quyusuna malikdir. Bəzi quyuların yaşı artıq 100 ili ötüb. Şirkətin geoloqlarının qiymətləndirmələrinə görə, yataqda işlənmə üçün kifayət qədər neft ehtiyatı var. Yeni quyuların qazılması üçün yüzlərlə yeni nöqtələr müəyyən edilib.

Şirkətin məlumatında deyildiyinə görə, 2008-ci ildə yataqda 215 min 480 ton neft hasil etmək planlaşdırılıb. Bu göstərici 2007-ci ildə 216 min122 ton olub. Yatağın işlənməsi müddəti ərzində cəmi 335 mln. tondan çox neft hasil edilib. Yataqda 27 məhsul horizontu işlənilir.

Xəbər lenti

Xəbər lenti