Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirəktinin (ARDNŞ) Gürcüstanın ARDNŞ -yə məxsus Qara dəniz Külevi neft terminalından Türkiyəyə evokuasiya olunan bütün əməkdaşları Azərbaycana qayıdıb. Bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib.
Əvvəllər ARDNŞ prezidenti Rövnəq Abdullayevə istinadən bildirilirdi ki, Gürcüstanın Külevi terminalından şirkətin 42 əməkdaşı, Heydər Əliyev Fondunun isə beş əməkdaşı evakuasiya edilib.
"Biz sonadək Külevidə işimizi davam etdirdik, lakin səhər Senaki və Poti rayonlarına endirilən bomba zərbələrindən sonra bütün əməkdaşlarımızın oradan çıxarılması qərara alındı. Biz onları təhlükə altında qoya bilməzdik", - deyə ARDNŞ rəhbəri bildirib.
Külevi terminalı bu il istifadəyə verilib. Terminalın ümumi yükləyib -boşaltma gücü ildə 10 mln. ton (2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut) maye neft yükləri təşkil edir. O, eyni vaxtda 168 - dək vaqon-sistern qəbul edə bilər. Terminalın ehtiyat parkının ümumi tutumu 320 min kubmetrdir. Liman 100 min tonadək ağırlıqda tankerləri yerləşdirmək iqtidarındadır ki,bu da layihəni iqtisadi cəhətdən səmərəli edir. İki il ərzində terminalın boşaldıb -yükləmə gücünün 15-20 mln. tonadək artırılması planlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: capital