...

Azərbaycanda daha bir elektrik stansiyasının tikintisi başlayıb

Energetika Materials 1 Sentyabr 2008 21:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr/ Trend müxbir İ.Xəlilova/ їAzərenerjiї ASC yeni 760-780 meqavattlıq Cenub stansiyasının (Əli Bayramlı istilik elektrik stansiyası yaxınlığında) tikintisi üçün Azərbaycanın AZENCO şirkəti ilə müqavilə imzalayıb. їAzərenerjiїnin vitse-prezidenti Marlen Əsgərovun bazar ertəsi bildirdiyinə görə, AZENCO artıq tikinti işlərinə başlayıb.

Layihənin maliyyələşdirilməsi üçün üç bankdan - Bayerische landesbank, Societe Generale və Credit Suisse-dən ibarət konsorsium 300 mln. avro ayırıb. Kredit dövlət zəmanəti altında 10 il müddətinə verilib.

Bank konsorsiumunun kredit ehtiyatları stansiyanın tikintisi ilə bağlı işlərin yarısının dəyərini ödəyəcək. Cenub stansiyası həm qaz, həm də mazutla işləyəcək. O 2009-cu ilin sonunadək istismara veriləcək.

їAzərenerjiї İqtisadi İnkişaf və Maliyyə Nazirlikləri ilə razılaşdırmaqla, ildə bir dəfə Nazirlər Kabinetinə kreditdən istifadə haqqında məlumat və layihənin realizəsinin nəticələri üzrə yekun hesabat təqdim etməlidir.

Sentyabrın 1-ə olan cari məzənnə -- 0,814 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti