...

"Rompetrol" Avropada aktivlərini üç dəfə artırmaq niyyətindədir

Energetika Materials 3 Sentyabr 2008 15:07 (UTC +04:00)

Qazaxıstan, Astana, 03 sentyabr / Trend , müxbir K.Konırova/ "Rompetrol" - Qazaxıstan-Rumıniya neft konserninin rəhbərliyi yaxın iki-üç ildə Avropada aktivlərini artırmaq niyyətindədir. Bu barədə şirkətin baş direktor müavini İon Sturza Rumıniyada "KazMunayqaz Ticarət Evi" SC-nin təşkil etdiyi press-tur zamanı Qazaxıstan jurnalistlərinə bildirib.

"Bizim, şirkətin imkanlarının artırılması və yeni aktivlərin alınmasına dair yeni planlarımız var. Qazaxıstan və Rumıniya tərəfinin səyləri birləşdiriləcəyi təqdirdə "Rompetrol"un imkanları yaxın iki-üç ildə iki-üç dəfə arta bilər", - deyə Sturza qazaxıstanlı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, şirkətə 340 mln. dolların yatırılması planlaşdırılır.

"İnvestisiyaların əsasən neft emalı və YDM-nın pərakəndə şəbəkələrinin inkişafına yatırılması nəzərdə tutulur", - deyə Sturza bildrib.

Onun sözlərinə görə, bu, "Petromidiya" NEZ-in malik olduğu illik gücün 82 faiz təşkil edən emal dərinliyinin saxlanılması ilə 3,8 mln. tondan 5 mln. tondək artırılmasına imkan verəcək. Planlarda, 2010-cu ilədək euro-5 standartlı benzinin buraxılmasına keçid də var.

"KazMunayqaz" şirkəti ötən ilin yayında Rumıniyanın "Rompetrol" şirkəti səhmlərinin 75 faizini əldə edib. Nəticədə, Qazaxıstan Şərqi Avropada iki NEZ, həmçinin Gürcüstandan Fransayadək yeddi ölkədə 630 yanacaq doldurma məntəqəsinə dərhal çıxış imkanı qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti