...

Azərbaycan Dövlət Neft Şirkəti 2007-ci ildə dünyanın 16 ölkəsinə neft ixrac edib

Energetika Materials 3 Sentyabr 2008 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr/ Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2007- ci ildə dünyanın 16 ölkəsində 8,3 mln. ton neft ixrac edib.

Bu həcmdən 2,3 mln. tondan çox neft (28 faiz) İtaliyaya, təxminən 1,6 mln. ton (19 faiz) ABŞ-a, İsveç və Hindistanın hər birinə 996 min ton (hər birinə 12 faiz) Azərbaycan nefti ixrac edilib.

Fransa, İspaniya, İndoneziya, Kanada, İsrail, Tayvan, Tailand, Portuqaliya, Almaniya, Çili, Rumıniya və Niderlanda - bu ölkələrin hər birinə ARDNŞ neftinin ümumi həcminin 1 faizi ixrac edilib.

Xəbər lenti

Xəbər lenti