...

Bakıda Azərbaycanla Yunanıstanın neft - qaz sahəsindəki əməkdaşlığına dair toplantı keçiriləcək

Energetika Materials 5 Sentyabr 2008 05:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr / Trend / Azərbaycanla Yunanıstan arasında imzalanan neft və qaz sahəsindəki əməkdaşlıq Memorandumu çərçivəsində Bakıda birgə alt komitənin iclası keçiriləcək. Bu iclas Yunanıstanın inkişaf naziri Xristos Foliasın Bakıya səfəri çərçivəsində baş tutacaq. Bu barədə Yunanıstanın ölkəmizdəki səfirliyinin yaydığı xəbərdə bildirilir.

Folias Bakıda sentyabrın 9-da keçiriləcək "Azərbaycan və Türkmənistan: neft və qaz potensialı" adlı konfransda iştirak edəcək. Həmçinin Foliasın Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşü nəzərdə tutulur.

Yunan rəsmisinin prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti