...

Bu gün Gürcüstan Azərbaycanın hesabına qaza olan tələbatını tam ödəyir

Energetika Materials 15 Sentyabr 2008 20:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün Gürcüstan Azərbaycandan idxal hesabına təbii qaza olan tələbatını ödəyir, energetika naziri Aleksandr Hetaquri iqtisadiyyat və iqtisadi siyasət məsələləri üzrə parlament komitəsinin bazar ertəsi keçirilən iclasında bildirib.

Nazir komitənin iclasında ölkənin enerji sektorunun vəziyyəti haqqında məruzə ilə çıxış edib. "Hazırki mərhələdə Gürcüstanda fəaliyyət göstərən heç bir şirkət Rusiyadan qaz almır. Ölkənin sutkalıq tələbatı təxminən 3,5 mln. kubmetrdir və bu həcmin təxminən hamısı Azərbaycandan alınır", - nazir bildirib, lakin alınan qazın qiymətini açıqlamayıb. Onun sözlərinə görə, Rusiyadan yalnız 100 min kubmetr qaz alınır ki, bu da Ermənistana verilən qaza görə tranzitin dəyəridir.

Nazirin sözlərinə görə, qaz təchizatı ilə bağlı problemin olacağı gözlənilmir. "Təbii qaz bazarı tənzimlənmir. İstənilən şirkət həm Rusiya, həm də Azərbaycan qaz ala bilər", - Aleksandr Hetaquri qeyd edib. Hetaqurinin sözlərinə görə, həm SES, həm də istilik - elektrik stansiyalarında bütün planlaşdırılan bərpa işləri başa çatdırılıb. SES - də suyun səviyyəsi ötən illə müqayisədə, 0,5 m yüksəkdir. Nazir bildirib ki, oktyabrın 15 - də Onsk və Namaxvansk kaskadlarının tikintisinə tender elan ediləcək. Onsk kaskadının gücü 280 MVt, Namaxvansk kaskadının gücü isə 450 MVt olacaq.

Hər hansı şirkətin adları çəkilən layihələrdə maraqlı olub - olmadığı hələ məlum deyil. Kiçik SES - ə maraq göstərilməsinə gəldikdə isə, Hetaqurinin sözlərinə görə, 75 layihə elan edilib, 7 SES -in tikintisinə maraq göstərilir. Gürcüstan hökuməti sentyabrın sonu və ya oktyabrın əvvəlində ölkənin hidroenerji potensialı haqqında road-şou təşkil etməyi planlaşdırır. İri sərmayədarlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti