Azərbaycan, Bakı, 20 sentyabr/ Trend , müxbir S.Əliyev/" ChevronTexaco Amerika şirkəti noyabrdan Qazaxıstanda hasil edilən nefti Azərbaycan ərazisi vasitəsilə daşımağa başlayacaq", - şənbə günü Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yüksək vəzifəli nümayəndəsi bildirib. İldə 4 mln. ton neftin nəqli Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri ilə həyata keçiriləcək.
ChevronTexaco Qazaxısatnın "Tengiz"yatağının operatorudur. Müqavilə meydançasının hazırlanması ilə "Tengizşevronoyl"əməliyyat şirkəti məşğuldur.
ARDNŞ - nin nümayəndəsinin sözlərinə görə, ChevronTexaco "Tengiz"yatağından hasil edilən neftin əksər hissəsini Azərbaycan - Gürcüstan dəmir yolu vasitəsilə Qara dənizdəki Batumi və Kulevi limanlarına nəql edəcək.
" ChevronTexaco neftin bir hissəsini Bakı -Tbilisi Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql edəcək", - ARDNŞ - nin nümayəndəsi qeyd edib. ChevronTexaco-nun BTC layihəsində iştirak payı 8,9 faiz təşkil edir.
Gürcüstanın Kulevi Qara dəniz terminalının sahibi ARDNŞ, Batumidəki neft terminalının sahibi isə, "KazMunayqaz"dır.