...

BP Azerbaijan Bue Caspian Alyansından iki yeni gəmi alıb

Energetika Materials 25 Sentyabr 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend , müxbir S.Əliyev/ Bue Caspian Alyansının BP Azerbaijan üçün gətirdiyi iki gəminin istismarının başlanılması mərasimi cümə axşamı Bakıda baş tutub.

SOCAR və Bue arasında Alyans olan Bue Caspian BP-nin elan etdiyi tenderin qalibi olub. Caspian Gala və Caspian Briz gəmilərinin dəyəri $250 mln. təşkil edib. Bue Caspian-nın altı ay arzində gətirdiyi gəmilərin sayı 10 ədəd olub.

Caspian Gala gəmisi Norveçin SİMEK zavodunda istehsal edilib. O, dinamikli mövqetənzimləyici (DP2) sistemlə təchiz edilib. Gəminin göyərtəsinin meydançası 680 kvadratmetrdir.

Yüksək sürətli Caspian Briz gəmisi Hollandiyanın DAMEN zavodunda istehsal edilib. Onun sürəti 28 dəniz milindən ibarətdir. Gəmi 50 sərnişin ilə yanaşı, 40 ton yük də daşıya bilir.

Hər iki gəmi BP Azerbaijan-nın operatoru olduğu"Azəri-Çıraq-Günəşli"və "Şahdəniz"yataqlarında yerləşən platformalara xidmət göstərəcək. 

Bue Caspian iki il ərzində Azərbayacna daha üç gəmini gətirməyi planlaşdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti