...

"Ekol" QSC Azərbaycanda neft emalı zavodunda yeni təmizləmə qurğusunu istismara verib

Energetika Materials 25 Sentyabr 2008 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend , müxbir E.İsmayılov/ "Ekol Muhendislik Xidmetleri" QSC Bakıda yerləşən "Azneftyağ" neft emalı zavodunun (SOCAR şirkətinin balansındadır) istehsal meydançalarında yığılan neft şlamının təmizlənməsi üçün yeni emal qurğusunu istismara verib,- cümə axşamı QSC-dən bildiriblər.

"Zavodda neft şlamının emal edilməsi atmosferin çirklənməsini azaltmağa imkan verəcək. Şlamın açıq vəziyyətdə qalması atmosferə zərərli maddələrin ayrılması ilə müşayiət olunur ki, bu da ekologiyaya mənfi təsir göstərir", - QSC - dən bildiriblər.

İsveçin Alfa-Laval şirkətinin istehsalı olan yeni qurğu saatda 30 kubmetr neft şlamı emal etməyə qadirdir və "Ekol Muhendislik Xidmetleri" QSC-nin əcnəbi həmtəsisçisinin sərmayələri hesabına alınıb. Yeni qurğunun dəyəri açıqlanmır, - QSC -dən bildiriblər.

2006 - cı ilin martında Abşeron yarımadasındakı ekoloji problemlərin həlli üçün yaradılan Ekol Muhendislik Xidmetleri QSC - nin həmtəsisçiləri SOCAR (Azərbaycanın Dövlət Neft Şirkəti) - 51 faiz və Lancer S.A. Services şirkətidir - 49 faiz, -SOCAR-ın rəsmi internet saytında bildirilir.

QSC və neft emalı zavodunun mütəxəssisləri zavodda yığılan neft şlamının həcmini qiymətləndirəcəklər. Neft şlamının emalı nəticəsində alınan qarışıq təkrar emal üçün zavoda göndəriləcək. 30 kubmetr şlamdan ayrılan neft qarışının payı 15-20 faizə bərabərdir, - QSC -dən bildiriblər.

Almaniyanın Lancer S.A. Services şirkətinin fəaliyyət sahəsi ekoloji konsaltinq və audit, ətraf mühitin mühafizəsinin idarə edilməsi sistemlərinin yaradılması və tətbiqi, monitorinqlərin aparılması, zərərli tullantıların sayının azalması, sənaye tullantılarının utilizasiyası, çirkli torpaqların bərpasıdır, - şirkətin rəsmi internet saytında bildirilir.

Azərbaycanda iki neft emalı zavodundan biri -"Azneftyağ" zavodu yanvar-avqust ərzində 1,7 mln. tondan çox neft məhuslu istehsal edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti