...

Azərbaycan Xəzər karbohidrogenlərinin nəqli üçün tranzit infrastrukturu təqdim etməyə hazırdır – SOCAR- ın rəhbəri

Energetika Materials 29 Oktyabr 2008 19:25 (UTC +04:00)
Azərbaycan Xəzər karbohidrogenlərinin nəqli üçün tranzit infrastrukturu təqdim etməyə hazırdır – SOCAR- ın rəhbəri

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend / "ABŞ -ın dəstəyi ilə reallaşdırılan Bakı -Tbilisi -Ceyhan (BTC) və Bakı -Tbilisi - Ərzrum boru kəmərlərinin istifadəyə verilməsindən sonra, Azərbaycan neft və qaz ixracı ilə bağlı problem hiss etmir", - deyə çərşənbə günü ABŞ -ın ticarət nazirinin müavini Con Sallivan ilə görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas oyunçulardan biridir və ABŞ bu istiqamətdə reallaşdırılacaq bütün layihələri dəstəkləyəcək", - deyə Sallivan bildirib.

Abdullayev "Şahdəniz" layihəsinin ikinci fazası məsələsinin müzakirəsi prosesində bildirib ki, Azərbaycan Avropaya qaz tədarükü üzrə müxtəlif marşrutları nəzərdən keçirir.

Onun sözlərinə görə, Azərbaycan Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarının Avropaya nəqli üçün öz tranzit infrastrukturunu təqdim edə bilər.

Tərəflər tranzit ölkələrin Azərbaycan qazının Avropaya nəqli məsələsi ilə bağlı siyasətini də müzakirə ediblər.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996 -cı il iyunun 4 - də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.

Yataqda qaz hasilatına 2006 - cı ilin dekabrında başlanıb. Hazırda qaz Cənub Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da bu qazın alıcısı qismində çıxış edir.

Yatağın işlənmə layihəsi üzrə birinci mərhələ çərçivəsində, ildə 8,6 mlrd. kub metr qaz hasilatı nəzərdə tutulur. Bu həcm Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. Reallaşdırılmasına 2012- ci ildən sonra başlanacaq ikinci mərhələ çərçivəsində, hasilat 20 mldr. kubmetrədək artırılacaq.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 km -dır. Boru kəmərinin 443 km -i Azərbaycan, 249 km -i Gürcüstan; 1076 km -i Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisinə 2003 - cü ilin aprelində başlanılıb, neftlə doldurulması 2005 - ci il mayın 18 - da həyata keçrilib.

BTC - nin tikintisi 4 mlrd. dollara başa gəlib. Tikinti işləri, boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bu xərclərə daxil deyil. Maliyyə kreditinin ümumi məbləği $2,6 mlrd. təşkil edir.

"BTC Co"nun səhmdarları: BP (30,1 faiz); "AzBTC" (25 faiz); "Chevron" (8,9 faiz); "StatoilHydro" (8,71 faiz); "TRAO" (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,5 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Hess" (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti