...

Palmali Şirkətlər Qrupu Azərbaycanda yeni MMC yaradıb

Energetika Materials 6 Noyabr 2008 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr/ Trend / Palmali Şirkətlər Qrupu Bakıda Palmali Baki Məhdud Məsuliyyətli cəmiyyət yaradıb, - Azərbaycanın vergilər Nazirliyinin məlumatında bildirilir.

MMC- nin təsisçisi qismində Türkiyənin Palmali gemi hizmetleri ve acentelik Anonim Sirketi çıxış edib.

Yeni şirkətin Nizamnamə kapitaı 20 min dollardır. Onun maliyyə ili yanvarın 1-dən dekabrın 31-dək davam edir.

Palmali daxili su və dəniz yolları ilə daşınmalar həyata keçirən gəmiçilik şirkətidir. Şirkət gəmilərini Rusiya Federasiyasının bayrağı altında idarə edir və neft və neft məhsulları, maye yağlar və s. daşınmasında zəngin təcrübəyə malikdir. Palmali-nin idarəsində 120-dən çox gəmi var. Şirkətin bölmələrinin yerləşmə coğrafiyası, demək olar ki, bütün RF ərazisini əhatə edir. Palmali-nin dünyanın əksər ölkələrində nümayəndəlikləri var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti