...

Bakıda enerji sammitinin yekunu üzrə Bəyannamə qəbul olunub

Energetika Materials 14 Noyabr 2008 17:36 (UTC +04:00)
Bakıda enerji sammitinin yekunu üzrə Bəyannamə qəbul olunub

Azərbaycan, Bakı, 14 noyabr/ Trend / Cümə günü Bakıda keçirilən enerji təhlükəsizliyi üzrə IV sammitin yekununda Bəyannamə qəbul olunub.

Azərbaycan prezidenti İlham Əliyev sammitə yekun vuraraq bildirib ki, Avropa İttifaqı və Avropa Komissiyasına üzv doqquz dövlətin bu sənədə qoşulması böyük əhəmiyyətə malikdir. Dövlət rəhbərinin sözlərinə görə, bu, Xəzər ölkələri və Qafqaz regionu üçün olduqca mühümdür.

İlham Əliyev sammit iştirakçılarına təşəkkür edərək bildirib ki, gələcək fəaliyyət əməkdaşlıq ruhunda davam etdiriləcək və bu, nəzərdə tutulan məqsədlərə çatmağa imkan yaradacaq.

İlk enerji sammiti 2006 -cı ilin mayında Krakovda, ikincisi ötən ilin noyabrında Vilnüsdə, üçüncü isə, cari ilin may ayında Kiyevdə keçirilib.

Xəbər lenti

Xəbər lenti