...

SOCAR şirkəti Gürcüstanda neft bazasının tikintisinə başlayıb

Energetika Materials 19 Noyabr 2008 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir E.İsmayılov/ SOCAR Energy Georgia şirkəti (Azərbaycanın Dövlət Neft Şirkətinin törəmə müəssisəsi) Gürcüstanda şirkətin şəffaf neft məhsulları və mayeləşdirilmiş qazının saxlanılması üçün yeni neft bazasının tikintisinə başlayıb, - şirkətdən bildiriblər.

"Hazırlıq işləri görülüb. Neft bazasının bünövrəsinin qoyulacağı yerdə torpaq işləri həyata keçirilib", - şirkətdəki mənbə bildirib. Yeni neft bazasının tikintisi layihəsi tutumu üç min ton olan bitum quyusunun tikintisini nəzərdə tutur.

Neft bazasının tikintisi layihəsi 15 mln. dollar qiymətləndirilir, - mənbə əvvəllər bildirib. Şirkət bu bazanı gələn ilin sonunadək tikmək niyyətindədir.

Neft bazası Tbilisi beynəlxalq hava limanı yaxınlığında, Kiziki küçəsində tikiləcək. Tikinti işlərinin həyata keçirilməsi üçün ötən il şirkət təxminən 3 mln. dollara beş ha torpaq sahəsi alıb. Neft bazasında ümumi tutumu 20,5 min ton olan 24 çən yerləşdiriləcək. Həmçinin, mayeləşdirilmiş qazın saxlanılması üçün ümumi tutumu 1200 kubmetr (hər biri 300 min kubmetr) olan dörd çən yerləşdiriləcək. Bütün bu məhsullar Gürcüstan bazarında reallaşdırılacaq.

SOCAR Georgia -nın həmtəsisçiləri aşağıdakılardır: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti