...

Azərbaycanda yeraltı qaz anbarlarından qazın alınmasına başlanılıb

Energetika Materials 25 Noyabr 2008 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir S.Əliyev/ "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan ərazisində yeraltı qaz anbarlarından qazın alınmasına başlayıb, - çərşənbə axşamı hökumətdən bildiriblər.

Cari il ərzində payız - qış mövsümündə istifadə edilmək üçün qaz anbarlarına təxminən 1,1 mlrd. kubmetr qaz vurulub. Daha 380 mln. kubmetr ötən ildən qalıb. Beləliklə, Azərbaycanın yeraltı qaz anbarlarında yanacağın ümumi həcmi ötən ildə 1 mlrd. kubmetrdən bir qədər çox həcmə qarşı 1,4 mlrd. kubmetr təşkil edib, - hökumtədən bildiriblər.

Güman edilir ki, gələn il yeraltı qaz anbarlarına 2 mlrd. kubmetrdən çox qaz vurulacaq.

Bu, Qaradağda qaz anbarının genişləndirilməsindən sonra mümkün olacaq. Təmir işləri xeyli müddətdir ki, başlayıb və artıq təxminən 20 quyu təmir edilib, quyulara aparan bütün qaz kəmərləri yenidən qurulub, kompressor stansiyası quraşdırılır.

Qaz anbarlarının təmiri iki mərhələdən ibarətdir. Birinci mərhələdə anbarlara 2 mlrd. kubmetrdən çox qazın vurulması nəzərdə tutulur. İkinci mərhələdə vurulan qazın həcmini 5 mlrd. kubmetrədək artırmaq mümkün olacaq. İşlərin ümumi dəyəri təxminən 100 mln. manatdır.

Hazırda Azərbaycanda iki yeraltı qaz anbarı - Qaradağ və Qalmaz istismar edilir.

Anbarlara vurulan qaz Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən verilir. Şirkət qazı müstəqil şəkildə işlədiyi yataqlardan hasil edir. Cari il ərzində ARDNŞ 8 mlrd. kubmetr qaz hasil etmək niyyətindədir. Azərbaycan "Azəri" - "Çıraq" - "Günəşli" yataqlarından təqribən 1,4 mlrd. kubmetr, "Şahdəniz" qaz-kondesat yatağından 2,9 mlrd. kubmetr qaz alacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti