Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir S.Əliyev/ ""Azərenerji" səhmdar cəmiyyəti Gürcüstanın elektrik stansiyalarının, o cümlədən İnqur SES-in özəlləşdirilməsinə dair heç bir təklif almayıb", - SC-nin vitse-prezidenti Marlen Əsgərov cümə axşamı bildirib.
"Gürcüstan SES-in özəlləşdirilməsində iştirak üçün Azərbaycanın dəvət edilməsi barədə mənim adımdan KİV-də dərc edilmiş bütün bəyanatlar həqiqətəuyğun deyil. Mənim tərəfimdən belə bəyanatlar olmayıb", - Əsgərov bildirib.
"Azərenerji" vitse-prezidentinin sözlərinə görə, bu məsələ nəinki nəzərdən keçirilmir, hətta Gürcüstan energetikləri tərəfindən belə təkliflər də daxil olmayıb.
İnqur SES Gürcüstan və Abxaziya arasında sərhəd çayı üzərində yerləşir. Bənd Gürcüstan hakimiyyətinin nəzarəti altında olan ərazidə, stansiyanın avadanlığı isə abxaz ərazisindədir. Enerji 60 faiz Gürcüstana, 40 faiz Abxaziyaya verilməklə bölünür.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]