...

"Azərbaycan" İES elektrik enerjisi istehsalı güclərini artırır

Energetika Materials 1 Dekabr 2008 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend / Cənubi Qafqazda ən iri istilik - elektrik stansiyası (İES) - Mingəçevirdəki Azərbaycan İES-də aparılan təmir işləri nəticəsində, istehsal güclərində məhdudiyyətlər (240 MVt) aradan qaldırılıb, - "Azərenerji" SC-nin bazar ertəsi yayılan məlumatında bildirilir.

İstehsal gücünün artırılması birinci, üçüncü və yeddinci enerji bloklarında orta təmirdən, səkkizinci enerji blokunda əsaslı təmirdən sonra mümkün olub.

Stansiyanın yenidən qurulmasına 92 mln. dollar məbləğində vəsaiti Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ayırıb. Dövlət zəmanəti altında verilmiş kredit Azərbaycanın beynəxalq maliyyə institutları qarşısında enerji sektorunda islahatların aparılması üzrə üzərinə götürdüyü öhdəliklərlə bağlıdır.

Avropa Bankının ayırdığı vəsaitləri tariflərin tənzimlənməsi, maliyyə hesabatlılığı və zərərli tullantıların ətraf mühitə atılmasının azaldılması üzrə Kioto Protokolu çərçivəsində qiymətləndirmələrə yönəltmək planlaşdırılır. Kredit vəsaitləri etibarlılığın, səmərəliliyin, sağlamlıq və təhlükəsizlik şəraitinin yaxşılaşdırılmasına sərf olunacaq. Yenidənqurma karbon qazı tullantılarını azaltmağa  imkan verəcək. Bu vəsaitlər AYİB-in 2006-cı ilin noyabrında stansiyanın yenidən qurulmasına ayırdığı 115 mln. dollara əlavə ediləcək.

Yenidənqurmanın həyata keçirilməsi üzrə "Azərenerji" Səhmdar Cəmiyyətinin  həyata keçirdiyi tenderin qalibi Çinin CNEEC şirkəti olub. Yenidənqurma layihəsinin başa çatma müddəti 34 aydır. Yenidənqurma başa çatdıqdan sonra, stansiyanın elektrik enerjisi istehsalı təximən 2600 MVt təşkil edəcək.

"Azərenerji"nin nümayəndələri qeyd edirlər ki, AzİES-in yeddi enerji blokunun yenidən qurulması mazuta qənaət hesabına gündəlik 300 min dollar mənfəət gətirəcək. Bundan başqa, "Azərenerji" azot, karbon və kükürd qazlarının atmosferə atılmasının azaldılmsaı hesabına, Kioto Protokolunun realizəsi şərtləri çərçivəsində, beş il ərzində 150 mln. avro ala bilər.

Məlumatda qeyd olunur ki, 2012-ci ilədək AzİES-də karbon qazı tullantıları 8,2 mln. tonadək azala bilər ki, bu da "Azərenerji"yə Kitoto protokolu çərçivəsində nəzərdə tutulmuş "karbon qazı krediti" almağa imkan verəcək.

80- ci illərdə tikilmiş AzİES Azərbaycanda ən iri elektrik stansiyasıdır. Onun, hər birinin gücü 300 MVt olan səkkiz enerji bloku var. Lakin avadanlığın köhnəlməsi nəticəsində istehsal gücü azalıb. Bu il "Azərenerji" Rusiyanın "Güc maşınları" şirkəti ilə birlikdə beşinci enerji blokunun yenidən qurulmasını aparıb ki, bu da blokda 330 -340 MVt istehsal gücünə nail olmağa imkan verib.

Elektrik stansiyasının yenidən qurulması layihəsində yeddi enerji bloku, suburaxıcı sistem və tüstü borusunun müasirləşdirilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti