...

Fransanın Gaz de France-Suez şirkəti Azərbaycan qazının Avropaya nəqlinə imkan yaratmağa hazırdır

Energetika Materials 4 Dekabr 2008 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend / Fransanın iri enerji şirkəti Gaz de France-Suez Azərbaycan qazının Avropaya nəqlinə dəstək göstərməyə hazırdır. Bu barədə Fransa şirkətinin icraçı vitse-prezidenti Jan-Mari Dojeni SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayevlə Bakıda keçirilən görüşdə bildirib.

SOCAR rəhbərinin bildirdiyinə görə, şirkət Gaz de France-Suez-dən bu məsələ üzrə təkliflər daxil olacağı təqdirdə, onların hamısını nəzərdən keçirməyə və qərar qəbul etməyə hazırdır.

Gaz de France və Suez-in birləşməsindən sonra, şirkət Avropada qaz və elektirik enerjisi istehsalı üzrə birinci yeri tutur. O, həmçinin Braziliya, Şimali Amerika və bir sıra Asiya ölkələrində fəaliyyət göstərir.

Gaz de France-Suez şirkəti Azərbaycanın dəniz layihəsi "Yalama"da 15 faizlik iştirak payına malikdir. Layihə iştirakçıları bunlardır : LUKOYL 65 faiz, SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) - 20 faiz və Gaz de France 15 faiz.

Xəbər lenti

Xəbər lenti