...

"Nabukko" İran qazının nəql imkanları şərtlərini açıqlayıb

Energetika Materials 5 Dekabr 2008 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir A.Bədəlova/ İran qazı "Nabukko" boru kəməri üzrə, ölkənin nüvə proqramı ilə bağlı problemi həll edəcəyi təqdirdə nəql oluna bilər. Bu barədə cümə günü OMV şirkətində beynəlxalq layihələrin və "Nabukko"nun nümayəndəsi Kristian Dolezal (Christian Dolezal) bildirib.

"İran qazının "Nabukko" ilə nəqli üçün, ilk növbədə, məsələləri siyasi səviyyədə həll etmək lazım gələcək", - deyə Trend -a elektron poçt ilə Dolezal bildirib.

"Nabukko" qaz kəməri əvvəl qazın İrandakı və Fars Körfəzindəki yataqlardan tədarükünü nəzərdə tuturdu. 2006 - cı ildə İranın nüvə proqramı ətrafında yaranan münaqişə və Avropa İtifaqına üzv ölkələrin İran qazının bu boru kəməri ilə nəql edilməsindən imtina etməsilə əlaqədar, layihənin dəyişdirilməsi və qazın Türkmənistan, Özbəkistan və Azərbaycandan tədarük olunması barədə qərar qəbul olundu.

İran bu həftə "Nabukko" boru kəmərinin alternativi qismində qazın Türkiyə ərazisindən keçməklə Avropaya nəql olunacağı yeni Persian Pipeline qəz kəməri tikmək niyyətində olduğunu bildirib. Boru kəmərinin uzunluğu 3300 km təşkil edəcək, nəzərdə tutulan dəyəri altı mlrd. dollardır.

Dolezalın sözlərinə görə, əlavə qaz mənbələri layihəyə maraq göstərir və "Nabukko" İrandan qaz nəqli üzrə texniki imkanları nəzərdən keçirəcək.

Dolezal bildirib ki, Nabucco gas pipeline International yeni Persian Pipeline qaz kəməri də daxil olmaqla, hər hansı bir əlavə layihəni "Nabukko"ya rəqib görmür.

"Avropanın qaza olan tələbatı əhəmiyyətli dərəcədə artacaq və buna görə, əlavə məntiqi layihələrə ehtiyac var", - deyə Dolezal bildirib.

Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013 - cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsi 2010 - cu ilə təyin edilib. Boru kəmərinin maksimal nəql gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər birinin bərabər payı var - 16,67 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti