...

Azərbaycan neftinin qiyməti: 5-9 yanvar həftəsinin yekunları

Energetika Materials 12 Yanvar 2009 17:55 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 5-9 yanvar həftəsinin yekunları

Azərbaycan, Bakı, 12 yanvar/ Trend , müxbir A.Bədəlova/ 5 - 9 yanvar həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $48,1/barel. təşkil edib.

5 - 9 yanvar həftəsində AZERI LT neftinin maksimal qiyməti $51,41/barel, minimal qiyməti $45,26/barel təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

5 - 9 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $43,28/barel olub.

5 - 9 yanvar həftəsində URALS neftinin maksimal qiyməti $46,51/barel, minimal qiymət isə $40,65/barel təşkil edib.  

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3% - dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası, müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq, dəyişir.

5 - 9 yanvar həftəsində Brent Dated neftinin orta qiyməti $45,15/barel olub.

Ötən həftə Brent neftinin maksimal qiyməti $48,64/barel, minimal qiymət isə $42,42/barel təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti