...

Avropa alternativ qaz kəmərlərinin tikintisində gecikir – Çexiyanın Baş naziri

Energetika Materials 19 Yanvar 2009 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar/ Trend , müx. Е.Оstapenko/ "Avropa alternativ qaz xətlərinin tikintisi məsələlərinin həllində gecikir", - deyə Çexiyanın Baş naziri, Avropa Birliyinin hazırkı sədri Mirek Topolanek Trend -ın Avropa redaksiyasına eksklüziv müsahibəsində deyib.

"Təəssüf ki, Avropada məsələnin həllini gecədən beş dəqiqə keçmiş başlamalrı haqda sözlərimin həqiqət olduğunu son günlər sübit etdi", - Topolanek bildirib.

Rusiya və Ukrayna arasındakı Rusiya qazının Avropaya Ukraynadan keçərək ötürülməsinin tam dayandırılmasına gətirib çıxaran qaz münaqişəsinə səbəb 2009-cu il üçün qaz təminatı üçün müqavilənin imzalanmaması olub. Yanvarın 7-də "Qazprom" Ukrayna tərəfindən açıq şəkildə tranzit qazın oğurlandığını bildirərək yanacaq nəqlini dayandırıb. Rusiyanın "mavi yanacağının" tranzitinin dayandırılmasından ən çox əziyyət çəkən ölkələr Serbiya, Türkiyə, Çexiya, Moldova, Bosniya və Herseqovina, Bolqarıstan və Slovakiya olub.

Çexiyanın Baş nazirinin sözlərinə görə, enerji təhlükəsizliyi Avropa İttifaqının prioritetlərindən biridir.

"Açıq aşkar görünür ki, enerji daşınmasının real təhlükəsizliyi həm təminatçının, eləcə də tranzit edən tərəfin müstəqilliyi ilə əlaqədardır", - deyə Topolanek əlavə edib.

"Cari qaz böhranından başqa, Çexiyanın sədrliyi ilə İşçi qrup özündə "Nabukko" qaz xəttinin tikintisi layihəsinin müzakirəsi üzrə görüşləri və Qafqaz və Xəzər regionu ölkələri ilə şərq əməkdaşlığını ehtiva edir", - deyə Baş nazir dəqiqləşdirib.

2009-cu ilin yazında Çexiya "Nabukko" layihəsinin iştirakçı-ölkələrinin lazımi qərarlar qəbul etməsi üçün  "Cənubi dəhliz sammiti"ni çağırmağı planlaşdırır.

12,4 milyard dollar qiyməti olan "Nabukko" qaz kəməri ilə AB ölkələrinə Mərkəzi Asiya və Azərbaycandan qaz çatdırılmasını nəzərdə tutulub. Qaz kəmərinin tikintisi 2010-cu ilə nəzərdə tutulub. Kəmərin maksimal gücü ildə 31 milyard kubmetr olacaq.

Materialın hazırlanmasında A.Bədəlova da iştirak edib.

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün с[email protected] 

Xəbər lenti

Xəbər lenti