...

İran qaz yatağının tədqiqatı üzrə Türkmənistanla danışıqlar aparır

Energetika Materials 28 Yanvar 2009 14:13 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 28 yanvar / Trend , müxbir E.Həsənov/

"İranın milli neft-qaz şirkəti yaxın günlərdə türkmən-iran sərhəddində yerləşmiş qaz yatağından istifadə qaydaları barədə Aşqabadda danışıqlar aparacaq", -  rəsmi türkmən mənbəyi xəbər verir.

Müvəqqəti razılıq ötən ilin sonunda əldə olunub.

Bu müqaviləyə əsasən Türkmənistandan 1995-ci ildə istifadəyə verilmiş Korpec yatağından kiçik bir qaz kəməri İrana çəkilmişdi. Razılaşmaya əsasən, İran tərəfi o vaxt bu kommunikasiyanın tikintisini və sənaye cəhətdən hazır vəziyyətə gətirilməsini öz üzərinə götürmüşdü. Aşqabad isə öhdəsinə düşən maliyyə payını təbii qaz tədarükü ilə ödəmişdi.

Hazırda müzakirə olunan layihə türkmən qazının İranın şimal bölgələrinə fasiləsiz təminatını təşkil edə və onun həcmini artıra bilər. Bir müddət əvvəl Tehran Aşqabada ildə 10-14 milyard təbii qaz idxalı barədə sorğu göndərmişdi ki, bu da hazırkı həcmdən iki dəfə çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti