...

Azərbaycanın ən böyük elektrik enerjisi istehsalçısı yanvar-fevral aylarında hasilatı azaldıb

Energetika Materials 5 Mart 2009 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend /

"Yanvar-fevral aylarında "Azərenerji" SC (Azərbaycanın ən böyük elektrik enerjisi istehsalçısı) sistemində təxminən 4 milyard kvt/saat elektrik enerjisi hasil edilib. Ötən ilin analoji dövründə bu rəqəm 4,3 milyard kvt/saat olub", - SC-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Bu enerjinin 3,7 milyard kvt/saatı istilik, 0,3 milyard kvt/saatı isə su elektrik stansiyalarının payına düşür.

Ümumilikdə fevralda "Azərenerji" 1,8 milyard kvt/saat elektrik enerjisi istehsal edib. Bu enerjinin 1,6 milyard kvt/saatı istilik, 0,2 milyard kvt/saatı isə su elektrik stansiyalarının payına düşür.

Xəbər lenti

Xəbər lenti